Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?

Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?

Tarix: 16 Sep 2026 11:17

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilərin keçirilməsi məsələsində xaricdə yaşayan milyonlarla ukraynalının və Rusiyanın nəzarətindəki ərazilərdə vətəndaşların səsverməsinin əsas problemlərdən biri olduğunu bildirib.

APA xəbər verir ki, Zelenski bunu "CBC News"a müsahibəsində deyib.

“Seçkiləri necə keçirmək istəyirsiniz? Hansı seçkiləri? Xaricdə olan 9 milyon insanla seçkiləri necə keçirmək olar? Doqquz milyon. Adətən xaricdə 500 minə yaxın insan səs verirdi.

İşğal olunmuş ərazilərdə yaşayan insanlarla nə edəcəksiniz? Onlar səs verəcəklər? Necə səs verəcəklər? Onların səsverməsinə kim nəzarət edəcək? Orada Rusiya hərbçiləri var. Bütün bunları necə etmək olar?”, – Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, “seçkilərin keçirilməsi məsələsində Ukraynanın xaricdə yaşayan vətəndaşlarının və işğal olunmuş ərazilərdəki seçicilərin səsvermə hüququnun necə təmin ediləcəyi əsas məsələlərdəndir”.

İlqar Xudiyev Zelenski seçkilər Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti