Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 12:35
“Atəşgah” Sığorta Şirkəti ASC 15 sentyabr - “Bilik Günü” münasibətilə ənənəvi sosial layihəsini bu il də davam etdirib. Layihənin növbəti ünvanı Masallı rayonunun Qodman kənd məktəbi olub.
Sosial təşəbbüs aztəminatlı ailələrin övladlarının yeni tədris ilinə daha inamlı və hazırlıqlı başlamalarına dəstək göstərmək məqsədi daşıyıb.
Bu məqsədlə, Masallı rayonunda fəaliyyət göstərən müxtəlif məktəblərdə təhsil alan şagirdlərə məktəb çantaları və zəruri məktəb ləvazimatları təqdim olunub. Eyni zamanda, şagirdlərin ailələrinə ərzaq məhsullarından ibarət sosial dəstək də göstərilib.
Tədbir zamanı şirkət əməkdaşları uşaqlarla bir araya gəlib, onlarla səmimi ünsiyyət quraraq yeni tədris ili münasibətilə xoş arzularını çatdırıblar.
Uşaqların sevinc və təbəssümü tədbirin əsas diqqət çəkən məqamlarından biri olub.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti sosial məsuliyyət istiqamətində müxtəlif layihələr həyata keçirir və uşaqların təhsilinə, inkişafına və sosial rifahına yönəlmiş təşəbbüsləri dəstəkləyir.
APA-Economics Atəşgah SığortaMənbə: apa.az