Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 10:36
Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda marşrut avtobusuna pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 5 nəfər ölüb, azı 7 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat yayıb.
“Rusiya hərbçiləri avtobusu pilotsuz uçuş aparatı ilə vurublar. Beş nəfər hadisə yerində ölüb”, – Qanja bildirib.
Onun sözlərinə görə, yaralanan 7 nəfər həkimlərin nəzarəti altındadır və onlara zəruri tibbi yardım göstərilir.
İlqar Xudiyev Ukrayna dron zərbəsi Rusiya ordusu
Mənbə: apa.az