SEPAH ABŞ-a məxsus 52-ci pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

SEPAH ABŞ-a məxsus 52-ci pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

Tarix: 16 Sep 2026 10:32

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus növbəti pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusuna məxsus pilotsuz uçuş aparatı İranın Qeşm adası üzərində yeni Hava Hücumundan Müdafiə sistemi vasitəsilə aşkarlanaraq məhv edilib.

SEPAH-ın açıqlamasında vurulan aparatın MQ-9 olduğu qeyd edilir.

İran tərəfi bunun ABŞ-la qarşıdurmanın fevral ayında yeni mərhələyə keçməsindən sonra SEPAH tərəfindən vurulan 52-ci ABŞ pilotsuz uçuş aparatı olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı hadisə ilə bağlı hələlik açıqlama verməyib.

İlqar Xudiyev İran ABŞ SEPAH MQ-9

Mənbə: apa.az

Xəbər Lenti