Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər

Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər

Tarix: 16 Sep 2026 11:33

Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu "APA-Economics"ə açıqlamasında bildirib.

O qeyd edib ki, Türk dövlətləri arasında ortaq və inteqrasiya olunmuş ödəniş sisteminin yaradılması istiqamətində addımlar atıla bilər.

K.Zorlu bildirib ki, bu istiqamətdə yaradılması təklif olunan ortaq İnkişaf Bankı mühüm baza rolunu oynaya bilər.

“Əgər belə bir bankı birlikdə qura bilsək, öz milli valyutalarımızla ticarətimizi daha güclü hüquqi və institusional platforma üzərindən həyata keçirmək imkanımız olacaq. Bu halda mövcud problemlərimiz də azalacaq”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, hazırda türk dövlətlərinin mərkəzi bankları arasında müəyyən ikitərəfli razılaşmalar mövcuddur.

“Amma ortaq bank yarada bilsək, milli valyutalarımızın regionda daha güclü şəkildə hərəkət etməsinə və ticarət əlaqələrimizin genişlənməsinə imkan verə bilərik”, – deyə K.Zorlu qeyd edib.

Rahim Tarıverdiyev ödəniş sistemləri

Mənbə: apa.az

Xəbər Lenti