Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 11:31
Ötən ay Azərbaycandan Gürcüstana 2,98 milyon ABŞ dolları həcmində pul köçürmələri göndərilib ki, bu da illik müqayisədə 4,88% azdır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Avqust ayında Gürcüstana daxil olan pul köçürmələrində Azərbaycanın payı 1,01%-ə bərabər olub.
Gürcüstandan Azərbaycana köçürmələr isə 6,40 milyon ABŞ dolları təşkil edib, bu isə ötən ilin analoji göstəricisindən 4,58% çoxdur.
Hesabat ayında xaricdən Gürcüstana göndərilən pul köçürmələrinin ümumi həcmi illik müqayisədə 8,2% azalaraq 295,17 milyon ABŞ dollarına düşüb. Gürcüstandan xaricə isə 33,6 milyon ABŞ dolları həcmində pul vəsaitləri yönəldilib ki, bu da ötən ilin eyni göstəricisindən 5,8% azdır.
Cəmilə Babayeva Gürcüstan iqtisadiyyat pul köçürmələriMənbə: apa.az