Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib

Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib

Tarix: 16 Sep 2026 14:46

Kosovo üzrə Haaqa xüsusi məhkəməsi keçmiş prezident Haşim Taçini müharibə cinayətlərində təqsirli bilib.

“Reuters” xəbər verir ki, Haşim Taçi Kosovo Azadlıq Ordusuna komandanlıq etdiyi dövrdə törədilən qətllər, işgəncə və qanunsuz həbslərə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

Haşim Taçi ilə birlikdə onun silahdaşları - Kosovo parlamentinin sabiq spikeri Kadri Veseli 18 il, Kosovo parlamentinin sabiq spikeri Yakup Krasniçi 25 il, sabiq deputat Rezep Semili isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Rəsmi materiallara görə, Taçi, Veseli, Krasniçi və Semili Kosovun müstəqilliyinə qarşı çıxan yüzlərlə siyasi rəqib və mülki şəxsə qarşı cinayət törətməkdə təqsirli bilinib.

Haşim Taçi

Mənbə: apa.az

Xəbər Lenti