Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 13:35
Rusiya Prezidenti Vladimir Putin bu gün vətəndaşlara müraciət edəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin bu gün Moskva vaxtı ilə saat 18:00-da Dövlət Dumasına qarşıdan gələn seçkilərlə bağlı rusiyalılara müraciət edəcək.
Qeyd edək ki, onlayn və ənənəvi qaydada keçirilməsi planlaşdırılan seçkilər 18, 19 və 20 sentyabr tarixlərində baş tutacaq.
Fərid Əkbərov Rusiya Prezidenti Vladimir Putin Kreml Peskov DumaMənbə: apa.az