Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 13:05
ABŞ və Belarus arasında aparılan danışıqlar nəticəsində aralıq razılaşma əldə olunub.
“BELTA” xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul bildirib.
“Xoşməramlı jest olaraq Belarus 25 məhbusu azad edəcək. ABŞ isə öz növbəsində iki Belarus şirkətinə – “Lakokraska” və “Bellesbumprom”a qarşı sanksiyaları aradan qaldıracaq”, – Koul deyib.
Onun sözlərinə görə, tərəflər qalan məsələlərin həlli istiqamətində işi davam etdirəcəklər.
“Bütün məsələlər həll edildikdə və hər iki tərəf tərəfindən razılaşdırıldıqda, şəxslərin əlavə azad edilməsi və Belarus şirkətlərinə qarşı sanksiyaların aradan qaldırılması olacaq”, – ABŞ prezidentinin xüsusi nümayəndəsi bildirib.
Koul Minskdə keçirilən danışıqları “çox məhsuldar” adlandırıb və Belarus tərəfinə, xüsusilə Prezident Aleksandr Lukaşenkoya təşəkkür edib.
İlqar Xudiyev ABŞ-Belarus danışıqları məhbusların azad edilməsi sanksiyalarMənbə: apa.az