Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır

Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır

Tarix: 16 Sep 2026 17:12

“Cənubi Qafqaz Avropanın təhlükəsizliyi və rifahı baxımından əhəmiyyətli regiondur”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “Euronews”un BƏƏ-də keçirilən forumunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, genişlənmədən danışılırsa və Avropa təhlükəsizliyi məsələsinə ciddi yanaşılırsa, Cənubi Qafqazın xəritədə mühüm bir hissə olduğu nəzərə alınmalıdır.

"Bizim Avropaya inteqrasiya istəyimiz var, lakin Avropa ailəsinin bir hissəsi olmaq təcrübəmiz hələ yoxdur. Avropa genişlənmək istəyir, lakin onun da Cənubi Qafqazla bağlı təcrübəsi məhduddur. Nəticədə hər iki tərəf öyrənməli və təcrübə mübadiləsi aparmalıdır. Bu isə intensiv dialoq və birgə səylər tələb edir", – deyə XİN başçısı bildirib. Nazir nəqliyyat-logistika bağlantıları və Orta Dəhlizin roluna da xüsusi diqqət yetirib.

“Orta Dəhliz sadəcə bir dəhliz və ya fiziki marşrut deyil, bu layihə bütün bu elementlərin kəsişdiyi bir məkandır", – Maka Boçorişvili əlavə edib.

Cəmilə Babayeva Gürcüstan Maka Boçorişvili

Mənbə: apa.az

Xəbər Lenti