- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 14.06.2024 16:16
Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2155.4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında ağ neft 20.6%, neft bitumu 18.9%, avtomobil benzini 7.7% artıb, mazut istehsalı isə 69.7% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri
2024-cü ilin yanvar-may aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən, faizlə
01.06.2024-cü
il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton
615
107.7
45.8
Ağ neft, min ton
267.7
120.6
59.2
Qazoyllar (dizel yanacağı), min ton
980.6
106.2
148.2
Mazut, min ton
1
30.3
1,8
Sürtkü yağları, min ton
27.7
106.1
6.9
Maye qazlar, min ton
82.5
79.3
5
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları,
min ton
435.4
99.4
74.9
ondan:
neft bitumu, min ton
94.3
118.9
8.1
neft koksu, min ton
96.3
91.1
40.8