- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 14.06.2024 16:01
Accessbank QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
14 İyun 2024-cü il tarixində Bakı Fond Birjasında AccessBank QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1,000 ABŞ dolları olan AZ2006004280 dövlət qeydiyyat nömrəli, 2,500,000.00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Hərrac zamanı 2 investor tərəfindən 1,000 ABŞ dolları qiymətindən 2 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1,000 ABŞ dollar müəyyən edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödəniş dövrü isə hər 3 təqvim ayından bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000.00 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,500,000.00 ABŞ dolları təşkil edib.
İstiqrazların ödəmə tarixi 14.12.2025-cü ildir.
Yerləşdirmə üzrə anderrayter Unicapital İnvestisiya Şirkəti ASC-dir.