Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 15 Jun 2024 12:46
Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə 4812,7 milyon manat dəyərində ödənişli xidmətlər göstərilib.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,3% çoxdur.
Beş ayda hüquqi şəxslər əhaliyə 3 626 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3%-ni təşkil edib.