Gələn il ARDNF vəsaitlərinin idarə edilməsindən 3.1 mlrd. manat gəlir əldə edəcək

Tarix: 08 Dec 2023 12:19

2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 1 842,3 mln. ABŞ dolları və ya 3 131,9 mln. manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2022-ci ilin müvafiq icra göstəricisindən (-3 613,8 mln. manat) 6 745,8 mln. manat çoxdur.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin ilkin olaraq 2% və ya 1 590,0 mln. manat proqnozlaşdırılmış, lakin sonradan bazarda baş verən prosesləri nəzərə alaraq dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 4,5% olaraq müəyyənləşdirilmiş, 9 aylıq icra göstəricilərinə əsasən vəsaitlərin idarə olunmasından 2 651,1 mln. manat və ya 3,1% gəlir ilə yekunlaşması bildirilib.

Xəbər Lenti