- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 17.06.2024 10:11
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin avqust müqaviləsinin dəyəri 0,45% azalaraq 1 barelə görə 82,25 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,45% azalaraq 1 barelə görə 77,7 ABŞ dolları təşkil edib.