Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Tarix: 17.06.2024 11:09

Cari ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 331,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,1%-lik azalma müşahidə olunub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 235,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 11,7% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 065 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2022-ci ilin göstəricisi ilə müqayisədə 0,6%-lik artım müşahidə olunub.

2023-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 585,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 15,5% artım deməkdir.

Xəbər Lenti