Almaniyadakı ABŞ aviabazası yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb

Almaniyadakı ABŞ aviabazası yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb

Tarix: 22 Sep 2026 18:21

Almaniyanın qərbində, ABŞ-ın Spangdahlem aviabazasının yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə "Welt" Almaniyanın Eifel dairəsinin yerli hakimiyyət orqanları istinadən məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qəzanın səbəbləri və təyyarənin kimə məxsus olduğu barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

İlqar Xudiyev Almaniya ABŞ hərbi bazası təyyarə qəzası

Mənbə: apa.az

Xəbər Lenti