Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 01:01
Ukrayna prezidenti Volodimir Zelenski “Raytheon” şirkətinin Ukraynanın “Patriot” sistemləri üçün raketlərin istehsalına başlamağa hazır olduğunu bildirib.
APA xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna ilk növbədə qış üçün “Patriot” raketlərindən ibarət paket almağa çalışır. O, bu raketlərin ciddi çatışmazlığının olduğunu, hətta ABŞ-da da onların kifayət qədər olmadığını qeyd edib.
Ukrayna lideri bildirib ki, ikinci müraciət gələcəkdə “Patriot” raketlərinin Ukraynada istehsalının hazırlanması ilə bağlıdır. Bunun üçün ABŞ-dan lisenziya və təhlükəsizlik təminatları tələb olunur.
Zelenski onu da qeyd edib ki, onun hərbi məsələlər üzrə müşaviri Pavel Palisa “Raytheon” nümayəndələri ilə danışıb və şirkət istehsala hazır olduğunu bildirib.
Qeyd edək ki, “Raytheon” şirkəti ABŞ-ın “Patriot” sistemləri üçün raket istehsal edir.
Zelenski bundan başqa Almaniya ilə 2027-2028-ci illər üçün “Patriot” raketlərinin istehsalına dair müqavilə imzalandığını açıqlayıb. Müqaviləyə əsasən, Ukrayna iki il ərzində ümumilikdə 600 raket – hər il 300 raket almalıdır.
Patriot ABŞ Ukrayna ZelenskiMənbə: apa.az