Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 03:43
ABŞ-ın Almaniyanın Reynland-Pfalts əyalətində yerləşən Spangdahlem bazasında F-16 qırıcısı qəzaya uğrayıb.
APA xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin 52-ci Qırıcı Qanadına məxsus təyyarə yerli vaxtla dünən saat 14:30 radələrində qəzaya uğrayıb.
Təyyarənin pilotu katapult vasitəsilə təhlükəsiz şəkildə təyyarəni tərk edib və tibbi yardım üçün xəstəxanaya yerləşdirilib.
Hərbi Hava Qüvvələrinin Bazasından verilən açıqlamada qəzanın səbəbinin araşdırıldığı bildirilir.
Almaniyanın hava hərəkətinə nəzarət qurumunun məlumatına görə, təlim uçuşunda ümumilikdə dörd F-16 iştirak edib. Onlardan ikisi təlim zonasına qalıb, digər iki təyyarə bazaya qayıdarkən onlardan biri qəzaya uğrayıb.
qırıcı ABŞ AlmaniyaMənbə: apa.az