Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 18.06.2024 10:17

İyunun 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.49% – 38,778.10 bəndədək, S&P 500 indeksi 0,77% – 5,473.23 bəndədək, Nasdaq indeksi isə 0.95% – 17,857.02 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə iyunun 17-də FTSE 100 indeksi 0,06% – 8,142.15 bəndədək azalıb, Fransanın CAC-40 indeksi 0.91% – 7,571.57 bəndədək Almaniyanın DAX indeksi isə 0.37% – 18,068.21 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% azalaraq 1.0724 dollar təşkil edib.

Xəbər Lenti