JPost: İsrailin ABŞ-dakı səfirinin oğlu İordan çayının qərb sahilində ağır yaralanıb

JPost: İsrailin ABŞ-dakı səfirinin oğlu İordan çayının qərb sahilində ağır yaralanıb

Tarix: 24 Sep 2026 00:26

İsrailin ABŞ-dakı səfiri Yexiel Leyterin oğlu Neriya Leyter İordan çayının qərb sahilində İsrail ordusunun nəzarət-buraxılış məntəqəsinə hücum zamanı ağır yaralanıb.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ vətəndaşlığı da olan Neriya Leyter İsrail ordusunda ehtiyatda xidmət edir. Modiinin yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinə avtomobilin çırpılması nəticəsində o, ağır yaralanaraq Qüdsdəki xəstəxanalardan birinə çatdırılıb.

“The Times of Israel” hücumu həyata keçirən şəxsin yaxınlıqdakı Beyt-Ur-ət-Tahta kəndindən olan 29 yaşlı Mahmud Məhəmməd Süleyman olduğunu bildirib. Onun hadisə yerində öldürüldüyü qeyd olunur.

Yexiel Leyter Neriya Leyter İsrail İordan çayının qərb sahili

Mənbə: apa.az

Xəbər Lenti