Şəkidə iki avtomobil toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb - VİDEO

Şəkidə iki avtomobil toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb - VİDEO

Tarix: 23 Sep 2026 23:49

Şəkidə iki avtomobilin toqquşması nəticəsində bir ailənin dörd üzvü xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində qeydə alınıb. “Toyota” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan bir ailənin dörd üzvü xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov Şəki yol qəzası xəsarət M.Ə.Rəsulzadə prospekti

Mənbə: apa.az

Xəbər Lenti