- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 19.06.2024 10:11
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib.
“APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.71 ABŞ dolları və ya 2% artaraq 87.35 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, iyunun 18-də "Azeri Light" 85.64 dollara ticarət edilib.