Çərşənbə axşamı, 29 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 22:43
ABŞ və Çin hər iki tərəfdən təxminən 30 milyard dollar dəyərində həssas olmayan məhsullara daha əlverişli gömrük tariflərinin tətbiqini nəzərdə tutan “30-a 30” çərçivəsi üzrə razılaşıb.
APA xəbər verir ki, razılaşmaya əsasən, ABŞ-ın Çindən idxal edəcəyi məhsullar arasında məişət texnikası, Çin tərəfindən ABŞ-dan idxal olunacaq məhsullar arasında isə kənd təsərrüfatı, ərzaq və tibbi avadanlıqlar üstünlük təşkil edəcək.
Tarif endirimlərinin hər iki ölkənin daxili hüquqi prosedurlarından sonra qüvvəyə minəcəyi bildirilib.
ABŞ Çin məhsulMənbə: apa.az