Çərşənbə axşamı, 29 Sentyabr, 2026
Tarix: 29 Sep 2026 08:01
Qlobal fond bazarlarında son ticarət sessiyasında əsas indekslərin əksəriyyəti geriləyib.
“APA-Economics” xəbər verir ki, ABŞ bazarında “Dow Jones” indeksi 347,11 bənd və ya 0,67% azalaraq 51 481,51 bəndə düşüb. “S&P 500” indeksi 59,72 bənd və ya 0,77% geriləyərək 7 683,69 bənd, “Nasdaq Composite” indeksi isə 248,34 bənd və ya 0,92% azalaraq 26 820,38 bənd təşkil edib. “NYSE Composite” indeksi 0,65%, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,87% geriləyib.
Avropa bazarlarında da əsasən mənfi dinamika qeydə alınıb. “Euro Stoxx 50” indeksi 0,02% azalaraq 6 301,28 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,10% geriləyərək 10 684,88 bəndə, Almaniyanın “DAX” indeksi 0,13% azalaraq 25 374,42 bəndə düşüb. Fransanın “CAC 40” indeksi isə 0,01% artaraq 8 078,48 bənd olub. İspaniyanın “IBEX 35” indeksi 0,51% azalıb.
Asiya-Sakit okean regionunda da satışlar üstünlük təşkil edib. Yaponiyanın “Nikkei 225” indeksi 1% azalaraq 65 219,77 bəndə, “TOPIX” indeksi isə 1,52% geriləyərək 4 049,53 bəndə enib. Honq-Konqun “Hang Seng” indeksi 0,49% azalaraq 24 521,85 bənd təşkil edib. Çinin “CSI 300” indeksi 0,03% artaraq 4 342,07 bəndə yüksəlib. Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,01% artıb.
Bazar iştirakçıları əsas diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) son qərarından sonra faiz siyasətinin gələcək istiqamətinə yönəldib. İnvestorların pul siyasəti, inflyasiya göstəriciləri və iqtisadi artım perspektivləri ilə bağlı qeyri-müəyyənlik fonunda riskli aktivlərdə mövqelərini yenidən qiymətləndirməsi əsas indekslərə təzyiq göstərib.
ABŞ-da xüsusilə texnologiya şirkətlərinin səhmlərində satışların artması “Nasdaq Composite” indeksinin geriləməsinə səbəb olub. Asiyada isə Yaponiya və Honq-Konq bazarlarında mənfi dinamika qeydə alınsa da, Çində bəzi səhmlərin bahalaşması “CSI 300” indeksini dəstəkləyib.
Rahim TarıverdiyevMənbə: apa.az