Mərkəzi Bank 2024-2025-ci illər üzrə inflyasiya proqnozunu açıqlayıb

Tarix: 21.06.2024 11:17

Azərbaycan Mərkəzi Bankı 2024-2025-ci illər üzrə inflyasiya proqnozunu açıqlayıb.

"APA-Economics" xəbər verir ki, AMB ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı risklərinin bir-birini tarazlaşdırdığını bildirib. Qeyd edilib ki, mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%), yəni 2-6% civarında olacağı gözlənilir.

"Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin iyul ayının sonunda elan edəcək" - AMB əlavə edib.

Xəbər Lenti