- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 24.06.2024 09:19
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin avqust müqaviləsinin dəyəri 0,01% artaraq 1 barelə görə 84,34 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,06% azalaraq 1 barelə görə 80,68 ABŞ dolları təşkil edib.