Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 05 Oct 2026 15:23
Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda üzən gəmi dronla vurulub.
“Reuters”in xəbərinə görə, hadisə "Royad Mammadov" adlı gəmidə qeydə alınıb.
Rumıniya xilasediciləri 11 nəfəri xilas etsə də, iki nəfər həyatını itirib.
Eyni zamanda, 13 nəfər itkin düşüb, axtarış-xilasetmə işləri davam etdirilir.
Təsdiq olunmamış məlumata görə, gəmi Türkiyəyə məxsus olub və taxıl yükü daşıyıb.
Toğrul Quluzadə Qara dəniz gəmi Yanğın RumıniyaMənbə: apa.az