Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 05 Oct 2026 15:27
Ukrayna və Almaniya arasında ümumi dəyəri 8,5 milyard avrodan çox olan 15 saziş və sənəd imzalanıb.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertslə Kiyevdə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, sazişlər təhlükəsizlik əməkdaşlığı, müdafiə sənayesi, silah və avadanlıqların alınması, eləcə də Ukraynada birgə layihələri əhatə edir.
Zelenski qeyd edib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarının, o cümlədən ələkeçirici dronların, kiçik raketlərin, radarların, pilotsuz yerüstü sistemlərin və artilleriyanın inkişaf etdirilməsidir.
Ukrayna Prezidenti hava hücumundan müdafiənin gücləndirilməsi və Almaniyada “Patriot” sistemləri üçün raket istehsalının artırılması istiqamətində də işlərin davam etdiriləcəyini bildirib.
Zelenski həmçinin Almaniyanın digər Avropa ölkələri və şirkətləri ilə birlikdə FREYJA proqramında iştirakını xüsusi qeyd edib. Proqram Avropada ballistik raketlərə qarşı müdafiə imkanlarının yaradılmasını nəzərdə tutur.
Bundan əlavə, tərəflər Ukraynanın enerji sektoruna dəstəyi müzakirə ediblər.
İlqar Xudiyev Zelenski Merts Almaniya UkraynaMənbə: apa.az