Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 28.07.2024 23:38
İsrailin baş naziri Benyamin Netanyahu hökumətin əsas nazirləri ilə görüş keçirib.
APA TASS-a istinadən xəbər verir ki, məsləhətləşmələr Livanla sərhəddə vəziyyətin kəskin pisləşməsi fonunda keçirilir.
"Baş nazir Benyamin Netanyahu hazırda Tel-Əvivdəki Kiriya kompleksində Milli Təhlükəsizlik Məsələləri üzrə Nazirlər Komitəsinin (hərbi-siyasi kabinet) iclasını keçirir", - Netanyahunun ofisin açıqlamasında deyilir.
Qeyd olunur ki, Netanyahu bundan əvvəl Tel-Əvivdə kəşfiyyat xidmətləri və ordu rəhbərlərinin iştirakı ilə də əməliyyat iclası keçirib.