UKMTO: SEPAH Hörmüz boğazından keçən tankeri geri dönməyə məcbur edib

UKMTO: SEPAH Hörmüz boğazından keçən tankeri geri dönməyə məcbur edib

Tarix: 05 Oct 2026 15:09

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən neft tankerinə geri dönmək barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) qurumu məlumat yayıb.

Məlumata görə, SEPAH tankerin kapitanına geri dönməli olduğunu, əks halda gəminin hədəfə alına biləcəyini bildirib. Kapitan göstərişə əməl edib.

Hadisə Oman ərazisindəki Khasab şəhərindən təxminən 20 kilometr şimalda baş verib.

İlqar Xudiyev Hörmüz boğazı SEPAH tanker

Mənbə: apa.az

Xəbər Lenti