XİN: İtaliya Ermənistanla sülh prosesinə dəstəyini davam etdirir

XİN: İtaliya Ermənistanla sülh prosesinə dəstəyini davam etdirir

Tarix: 05 Oct 2026 19:50

İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Azərbaycanın İtaliyadakı yeni səfiri Elçin Hüseynli ilə görüşüb.

APA xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüşdə əsas siyasi, iqtisadi və enerji məsələləri müzakirə olunub.

Regional məsələlər çərçivəsində Çirielli İtaliyanın Ermənistanla sülh prosesinə dəstəyini davam etdirdiyini vurğulayıb.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti