Çərşənbə axşamı, 6 Oktyabr, 2026
Tarix: 05 Oct 2026 21:17
Yəmən hökumət qüvvələri Taiz vilayətinin qərbində yerləşən liman şəhəri Moha üzərində nəzarəti bərpa edib.
SABA agentliyinin hərbi mənbəyə istinadən məlumatına görə, hökumətə sadiq qüvvələr hava dəstəyi ilə şiddətli döyüşlərdən sonra “Ənsar Allah” hərəkatının husilərini şəhərdən çıxarıblar.
Məlumata görə, husilər sentyabrın əvvəlindən Moha şəhərinə nəzarət edirdilər.
Mənbə bildirib ki, döyüşlər zamanı husilər arasında ölən və yaralananlar olub, onların bir qismi əsir götürülüb, qalan qüvvələr isə geri çəkilib.
Hazırda hökumət qüvvələrinin geri çəkilən “Ənsar Allah” üzvlərini təqib etdiyi və nəzarətə götürülən ərazilərdə təmizləmə əməliyyatlarını davam etdirdiyi bildirilir.
Yəmən Moha husilər Taiz
Mənbə: apa.az