Almaniyanın xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri saxlanılıb

Almaniyanın xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri saxlanılıb

Tarix: 06 Oct 2026 13:06

Almaniyanın xarici kəşfiyyat xidmətinin (BND) sabiq rəhbəri Auqust Hanninq saxlanılıb.

“Bild”-in xəbərinə görə, Hanninq dövlətə xəyanət xarakterli casusluq, dövlət sirrlərinin əldə edilməsi, dövlətə xəyanətə cəhd şübhəsi ilə saxlanılıb.

Prokurorlar 1998-2005-ci illərdə kəşfiyyat xidmətinə rəhbərlik etmiş Hanninqin qurumun keçmiş əməkdaşından məxfi informasiya aldığını, bu informasiyanı konsultinq xidmətləri vasitəsilə satmaq niyyətində olduğunu iddia edir.

Məlumata görə, Auqust Hanninq kanslerin oxuması üçün nəzərdə tutulan kəşfiyyat məlumatlarının sızmasından sonra saxlanılıb.

Almaniya xarici kəşfiyyat xidməti Auqust Hanninq

Mənbə: apa.az

Xəbər Lenti