NATO-nun kəşfiyyat təyyarəsi yenidən Kalininqrad üzərində dövrə vurub

NATO-nun kəşfiyyat təyyarəsi yenidən Kalininqrad üzərində dövrə vurub

Tarix: 06 Oct 2026 13:05

NATO-nun kəşfiyyat təyyarəsi yenidən Kalininqrad vilayətində dairəvi uçuş həyata keçirərkən müşahidə edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, son zamanlar Rusiya ilə NATO arasında Kalininqrad vilayəti ətrafında gərginlik müşahidə olunur. Şimal Alyansı ölkələrinin regionla sərhəd ərazilərdə hərbi təlimlər keçirməsi, Avropa rəsmilərinin Rusiya ilə mümkün müharibə halında Kalininqradın blokadaya alınmasını planları barədə açıqlamaları rəsmi Moskvanın sərt etirazına səbəb olub.

Rusiya əvvəl Brüssel, London və Dublindəki səfirləri vasitəsi ilə Avropaya Kalininqrad blokadaya alınacağı təqdirdə, Rusiya nüvə silahı daxil olmaqla arsenalındakı bütün növ silahlardan istifadə edəcəyi ilə bağlı xəbərdarlıq edib. Daha sonra isə Kreml Kalininqradın blokadasının Rusiyanın nüvə silahına əl atmasına gətirib çıxaracağı ilə bağlı Avropanı bir başa təhdid edib.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti