Çərşənbə axşamı, 6 Oktyabr, 2026
Tarix: 06 Oct 2026 12:53
Naftalanda 69 yaşlı kişinin meyiti aşkarlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb. Məlum olub ki, meyiti tapılan şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Z.Mahmudoviçdir.
İlkin məlumata görə, Özbəkistandan Naftalana istirahətə gələn şəxs ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Naftalan sanatoriya Özbəkistan vətəndaşı
Mənbə: apa.az