Bazar, 25 Oktyabr, 2026
Tarix: 08 Oct 2026 13:58
“Azərbaycanı Məşvərət görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik etmək istəyirəm”.
APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu təklifi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında çıxışı zamanı edib.
“Azərbaycanın sədrliyi altında bizim format çərçivəsində işlər əlavə impuls qazanacaq, qardaşlıq səviyyəsində əməkdaşlığımız birliyin, etibarın və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək”, - deyə Özbəkistan lideri vurğulayıb.
Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ilə digər regionlar arasında daha etbibarlı, möhkəm iqtisadi və nəqliyyat məkanının yaradılmasında mühüm rol oynadığını da qeyd edib.
Faiq Mahmudov Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü Şavkat Mirziyoyev AzərbaycanMənbə: apa.az