Ukrayna Belqorod və Kaluqa vilayətlərinə dron zərbələri endirib, ölənlər var

Ukrayna Belqorod və Kaluqa vilayətlərinə dron zərbələri endirib, ölənlər var

Tarix: 09 Oct 2026 10:20

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod və Kaluqa vilayətlərinə hücum edib, hücum nəticəsində ölənlər və yaralananlar var.

Bu barədə "İnterfax" məlumat yayıb.

Belqorod vilayətinin əməliyyat qərargahının məlumatına görə, Ukrayna PUA-larının hücumu nəticəsində iki nəfər ölüb, daha dörd nəfər, o cümlədən bir uşaq xəsarət alıb.

Kaluqa vilayətinin qubernatoru isə PUA hücumu nəticəsində doqquz nəfərin yaralandığını bildirib.

Hücumların digər mümkün nəticələri və dəymiş ziyanın miqyası barədə əlavə məlumat verilməyib.

İlqar Xudiyev Rusiya Ukrayna PUA hücumu

Mənbə: apa.az

Xəbər Lenti