Hörmüz boğazında maye qaz daşıyan gəmi hədəfə alınıb

Hörmüz boğazında maye qaz daşıyan gəmi hədəfə alınıb

Tarix: 09 Oct 2026 16:46

Hörmüz boğazında maye qaz daşıyan tanker hədəfə alınıb.

APA xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, “NV Sunshare” adlı gəmi Hörmüz boğazının cənub hissəsində qeyri-qanuni marşrutdan istifadə edərək keçməyə cəhd göstərərkən hədəfə alınıb və nəticədə gəminin mühərrik olan hissəsində yanğın baş verib.

SEPAH bu eskalasiyaların məsuliyyətinin birbaşa ABŞ-ın üzərinə düşdüyünü vurğulayıb.

Əlavə edilib ki, qeyri-qanuni marşrutlardan istifadə edən gəmilərin hədəfə alınması təkcə Hörmüz boğazı ilə məhdudlaşmayacaq və ümumilikdə, bütün regionda bu cür marşrutlarda üzən tankerlər təqibə məruz qalacaq.

Toğrul Quluzadə Hörmüz boğazı gəmi tanker hücum

Mənbə: apa.az

Xəbər Lenti