Küveyt Böyük Britaniyadan 489 milyon dollarlıq HHM sistemi alacaq

Küveyt Böyük Britaniyadan 489 milyon dollarlıq HHM sistemi alacaq

Tarix: 09 Oct 2026 16:55

Küveyt Böyük Britaniyadan 489 milyon dollar dəyərində Hava Hücumundan Müdafiə sistemi alacaq.

“Reuters”in xəbərinə görə, bu barədə tərəflər razılıq əldə edib.

Sistem “MARSS” şirkətindən alınacaq.

Qeyd edək ki, bundan əvvəl beynəlxalq mediada Yaxın Şərqdə baş verən qarşıdurmalar səbəbindən “Patriot” sistemlərinin azaldığı, yeni HHM sistemlərinə ehtiyac duyulduğu ilə bağlı xəbərlər dərc olunub.

Toğrul Quluzadə Küveyt Böyük Britaniya haca hücumundan müdafiə sistemi

Mənbə: apa.az

Xəbər Lenti