Tramp Zelenskinin tənqidlərinə cavab verib: Dünyanın neftə ehtiyacı var

Tramp Zelenskinin tənqidlərinə cavab verib: Dünyanın neftə ehtiyacı var

Tarix: 10 Oct 2026 02:11

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiya dizel yanacağı ilə bağlı razılaşmanı tənqid etməsinə münasibət bildirib.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı bildirib. Tramp qeyd edib ki, dünya bazarının neftə ehtiyacı var və Vaşinqton dizel yanacağının tədarükünü müsbət qarşılayır.

“Biz güclü tərəfdaşıq. Dünyanın neftə ehtiyacı var. Buna görə də dizel yanacağı almaqdan çox məmnunuq”, – ABŞ Prezidenti vurğulayıb.

ABŞ Donald Tramp Zelenski Rusiya neft

Mənbə: apa.az

Xəbər Lenti