Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 10 Oct 2026 07:45
ABŞ Prezidenti Donald Tramp dekabrın 14–15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək G20 sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşməyi planlaşdırdığını bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Jurnalistlər ABŞ Prezidentindən ilin sonunda keçiriləcək G20 sammitində Meloni ilə görüşüb-görüşməyəcəyini soruşublar.
“Onunla çox yaxşı münasibətlərimiz var. Yəqin ki, G20 çərçivəsində görüşəcəyik”, – Tramp bildirib.
ABŞ Donald Tramp Corcia Meloni İtaliya G20
Mənbə: apa.az