Bazar, 11 Oktyabr, 2026
Tarix: 10 Oct 2026 09:33
Dünya fond bazarlarında əsas indekslər üzrə qarışıq dinamika müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” sənaye indeksi 423,31 bənd və ya 0,83% artaraq 51 654,95 bəndə yüksəlib. “S&P 500” indeksi 46,18 bənd və ya 0,59% artaraq 7 811,54 bəndə, “Nasdaq Composite” indeksi isə 172,83 bənd və ya 0,64% yüksələrək 27 366,17 bəndə çatıb. “NYSE Composite” indeksi 141,50 bənd və ya 0,59% artaraq 23 939,10 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 519,24 bənd və ya 1,48% yüksələrək 35 664,62 bənd təşkil edib.
Avropa fond bazarlarında da əsas indekslər üzrə artım qeydə alınıb. “Euro Stoxx 50” indeksi 46,64 bənd və ya 0,76% artaraq 6 173,37 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 110,45 bənd və ya 1,06% yüksələrək 10 552,05 bəndə çatıb. Almaniyanın “DAX” indeksi 280,30 bənd və ya 1,13% artaraq 25 087,27 bənd, Fransanın “CAC 40” indeksi 73,64 bənd və ya 0,95% yüksələrək 7 803,33 bənd olub. İspaniyanın “IBEX 35” indeksi isə 104,20 bənd və ya 0,55% artaraq 19 033,10 bəndə yüksəlib.
Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 11,19 bənd və ya 0,02% azalaraq 69 030,92 bəndə enib, “TOPIX” indeksi isə 13,35 bənd və ya 0,33% artaraq 4 104,81 bəndə çatıb. Honq-Konqun “Hang Seng” indeksi 425,56 bənd və ya 1,79% yüksələrək 24 211,35 bənd təşkil edib. Çinin “CSI 300” indeksi 6,98 bənd və ya 0,16% artaraq 4 317,26 bəndə, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 55,73 bənd və ya 0,64% yüksələrək 8 716,64 bəndə çatıb. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi də 1,12 bənd və ya 0,41% artaraq 274,81 bənd olub.
İlahə Səlimova fond bazarları indeks göstəriciləriMənbə: apa.az