Azərbaycanın pambıq ixracından gəliri 23%-dən çox artıb

Azərbaycanın pambıq ixracından gəliri 23%-dən çox artıb

Tarix: 10 Oct 2026 12:58

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici bazarlara 187 milyon 931.17 min ABŞ dolları dəyərində pambıq ixrac edib.

“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur.

Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 7 milyon 143.15 min ABŞ dolları olub. Bu isə 2025-cü ilin müvafiq dövrünə nisbətən 13,9% çoxdur.

Qeyd edək ki, cari ilin ilk 8 ayında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,86%-ni, idxal isə ümumi idxalın 0.06%-ni təşkil edib.

İlahə Səlimova pambıq ixracı Azərbaycan gəlir

Mənbə: apa.az

Xəbər Lenti