Pezeşkian: Regional diplomatiya münaqişənin genişlənməsinin qarşısını alan alətə çevrilməlidir

Pezeşkian: Regional diplomatiya münaqişənin genişlənməsinin qarşısını alan alətə çevrilməlidir

Tarix: 10 Oct 2026 12:55

Regional diplomatiya münaqişənin genişlənməsinin qarşısını alan alətə çevrilməlidir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsində paylaşdığı postda yazıb.

“Regional diplomatiya bizim üçün sadəcə görüşlər keçirmək demək deyil. O, böhranların idarə olunması, əlaqələrin qorunması, münaqişənin genişlənməsinin qarşısının alınması və praktiki əməkdaşlığın fəallaşdırılması üçün bir vasitəyə çevrilməlidir”, - o qeyd edib.

Haşim Rahimi

Mənbə: apa.az

Xəbər Lenti