Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 11 Oct 2026 13:07
Ukraynanın Rusiyadakı “Yandex” infrastrukturuna dron hücumundan sonra Ermənistan və Qazaxıstanda şirkətin xidmətlərində nasazlıq yaranıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, hər iki ölkədə istifadəçilər “Yandex Taksi” və çatdırılma xidmətlərindən istifadə zamanı problemlərlə üzləşiblər.
Qeyd edək ki, Ukraynanın Rusiyanın Vladimir vilayətində yerləşən “Yandex” məlumat mərkəzinə dron zərbəsi endirdiyi bildirilir. Hücum nəticəsində mərkəzin fəaliyyətinin dayandığı qeyd olunur.
Bundan əvvəl isə Ryazan və Kaluqa vilayətlərində yerləşən “Yandex” məlumat mərkəzlərinin də dron hücumuna məruz qaldığı barədə məlumat yayılıb.
Fərid Əkbərov Ukrayna Rusiya Ermənistan Qazaxıstan Yandex Yandex Taksi dron hücumu Vladimir vilayəti Ryazan Kaluqa məlumat mərkəzi texniki nasazlıq çatdırılma xidməti
Mənbə: apa.az