Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 11 Oct 2026 14:29
Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub.
APA xəbər verir ki, bu barədə “Sky News” Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumat yayıb.
Hadisənin başvermə səbəbi və şəraiti ilə bağlı əlavə təfərrüatlar hələlik dəqiqləşdirilir.
UKMTO-nun məlumatına görə, tanker boğazdan çıxarkən sol bortundan vurulub və gəmidə yanğın baş verib.
Ekipaj üzvlərinin təhlükəsizlikdə olduğu bildirilir. Gəmiyə dəymiş ziyanın miqyası və hadisənin ətraf mühitə mümkün təsirləri hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır. Bölgədən keçən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.
Hörmüz boğazı tanker gəmi mərmi hücum yanğın dəniz nəqliyyatı UKMTO Sky News
Mənbə: apa.az