Zelenski: Rusiyanın Kiyevə raket hücumunun əsas hədəfi istilik elektrik stansiyası olub

Zelenski: Rusiyanın Kiyevə raket hücumunun əsas hədəfi istilik elektrik stansiyası olub

Tarix: 14 Oct 2026 01:07

Rusiyanın Kiyevə ballistik raketlərlə endirdiyi zərbələrin əsas hədəfi paytaxtın mühüm enerji obyektlərindən biri olan 4 saylı İstilik Elektrik Mərkəzi (İEM-4) olub.

"Unian" xəbər verir ki, Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində enerji obyektinə zərbələr dəyib, həmçinin yaşayış binası zədələnib.

“Rusiyanın Kiyevə ballistik raket hücumu olub. Yenə də tərəfdaşlarımızdan əvvəlcədən xəbərdarlıq almamışıq. Əsas hədəf energetika, konkret olaraq İEM-4 olub. Təəssüf ki, zərbələr qeydə alınıb. Yaşayış binası da zədələnib, hazırda xilasedicilər yanğını söndürürlər”, – Zelenski bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, ballistik raketlər ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən yalnız Kiyevə yaxınlaşarkən aşkarlanıb.

Zelenski Ukrayna kəşfiyyatının məlumatlarına istinadən Rusiyanın yeni ballistik raket buraxılışlarına hazırlaşdığını da iddia edib.

Onun sözlərinə görə, Ukrayna enerji obyektlərinə hücumların dayandırılmasını dəstəkləsə də, Rusiya elektrik stansiyalarını hədəfə almaqda davam edir.

“Dünyanın baş verənlərə susmaması vacibdir. Amerika müharibənin davam etməsinə görə kimin məsuliyyət daşıdığını və əslində nələrin baş verdiyini görməlidir”, – Zelenski vurğulayıb.

Ukrayna Rusiya Kiyev Volodimir Zelenski ballistik raketlər enerji infrastrukturu İEM-4

Mənbə: apa.az

Xəbər Lenti