Çərşənbə, 14 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 22:11
Böyük Britaniyanın Tehrandakı səfiri Huqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb Britaniya rəsmilərinin Fairford hərbi bazasında baş verdiyi iddia olunan hadisəni İranla əlaqələndirməsi olub.
İran XİN-in Qərbi Avropa idarəsinin baş direktoru Əlirza Yusifi Britaniyanın ittihamlarını əsassız adlandırıb.
O, Londonun irəli sürdüyü iddialarla bağlı sənəd və sübutları ən qısa zamanda təqdim etməli olduğunu bildirib.
Əlirza Yusifi xəbərdarlıq edib ki, əks halda Tehran Böyük Britaniya ilə ikitərəfli münasibətlərinə ciddi şəkildə yenidən baxacaq.
Haşim Rahimi İran Böyük Britaniya Tehran səfir Xarici İşlər Nazirliyi Fairford diplomatik münasibətlər
Mənbə: apa.az