Bazar ertəsi, 13 Aprel, 2026
Tarix: 13 Apr 2026 17:57
2025-ci ildə sığorta sektorunun aktivləri 4.2% (86 mln. manat) artaraq 2.14 mlrd. manata çatıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Maliyyə Hesabatı"nda qeyd olunub.
Aktivlərin 33%-ni dövlət qiymətli kağızları, 33%-ni bank vəsaitləri, 13%-ni qeyri-dövlət qiymətli kağızları, 8%-ni debitor borclar təşkil edir.
2025-ci il ərzində sektorun öhdəlikləri isə 3.8% (55 mln.manat) artaraq 1.5 mlrd. manata çatmışdır. Öhdəliklərin 73%-i sığorta haqları ehtiyatı, 17%-i sığorta hadisələri ehtiyatı 10%-i digər öhdəliklər təşkil edir.
İlahə Səlimova sığorta şirkətləri aktivlər öhdəliklər